Bu gün açıq havada maska taxmaq qadağası olmasa da, qapalı məkanlarda bu məcburiyyət hələ də var. Məhz bu səbəbdən polis orqanları tərəfindən mütəmadi olaraq qapalı məkanlarda tibbi maskadan düzgün istifadə ilə bağlı nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Xəzər TV xəbər verir ki, bununla əlaqədar olaraq bu gün Bakı Metropoliteninin "28 may" stansiyasında reyd keçirilib və maskadan düzgün istifadə etməyən vətəndaşlara xəbərdarlıq edilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçiriblər. Polis əməkdaşları metronun "28 May" stansiyasında maskadan düzgün istifadə etməyən şəxlərlə profilaktik söhbət aparıblar. Həmin şəxslərə maskadan düzgün istifadə etməyin vacibliyi izah olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Qeyd edək ki, tibbi maskadan istifadə etməməyə görə nəzərdə tutulan cərimənin miqdarı qaydaları pozanın fiziki, vəzifəli və hüquqi şəxs olmasından asılı olaraq, 100-800 manat arasında dəyişir.
Bunu edənlər 100-800 manat məbləğində cərimələnəcək (VİDEO)
13
iyul
11:11

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam
- “Melissa Group”un vətəndaşın başına uçurduğu ev sökülür