Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər daha da gücəndirilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları bu məqsədlə sanitar-karantin qaydalarına ciddi şəkildə əməl edilməsinə nəzarəti həyata keçirir.
Təşkil olunan reydlər zamanı qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən insanlar arasında profilaktiki söhbətlər aparılır və sosial məsafənin, tibbi maskadan istifadənin əhəmiyyəti, zəruriliyi diqqətə çatdırılır.
Polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar və gigiyenik qaydalara əməl olunmasına dair maarifləndirici broşürlər paylanılır.
Tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etməyən, dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilirlər.
Polis Cəlilabadda reyd keçirib
30
oktyabr
16:42

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat