Üçtərəfli sazişin şərtlərinə uyğun olaraq 10 noyabrdan etibarən Dağlıq Qarabağda rus sülhməramlıları fəaliyyət göstərir. Nəticədə separatçıları Ermənistanla birləşdirən Laçın dəhlizi birbaşa onların nəzarəti altındadır. Son günlər Ermənistanın atəşkəsi pozması, xüsusilə Şuşanın atəşə tutulması bu baxımdan çoxsaylı suallar doğurur. Çünki qondarma rejimin nümayəndələrinin silahla təchiz edilməsində sülhməramlıların barmağı olduğu iddia edilir.
Maraqlıdır, separatçılar silahı haradan alır?
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən ehtiyatda olan mayor Ədalət Verdiyev diqqətə çatdırıb ki, rusların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində erməni silahlılarının müdafiə sənayesi istiqamətində heç bir potensialı yoxdur:
“Erməni silahlıları bu ərazilərdə silah-sursat istehsal edə bilməz. Yəni bu sursatların oraya daşınması istənilən halda Laçın dəhlizi vasitəsilə həyata keçirilir. Bunu mülki əhalinin və ya erməni din xadimlərinin daşımasının Azərbaycan üçün elə də böyük əhəmiyyəti yoxdur. Bizim üçün məsələ bu silahların niyə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən daşınmasından ibarət olmalıdır”.
Hərbi ekspert bu kimi fəaliyyətlərə Azərbaycanın göz yummayacağını vurğulayıb:
“Belə hallara qarşı dövlətlərarası hansısa məsləhətləşmələrin həyata keçirildiyini düşünürəm. Amma səkkiz ay keçməsinə baxmayaraq, həmin o silahlıların hələ də Qarabağda qalması Rusiya sülhməramlılarının fəaliyyətini şübhə altında qoyur. Niyə bu silahlılar hələ də Qarabağdadır? Əgər Rusiya sülhməramlıları birgə bəyanatın dördüncü bəndini zamanında, yəni səkkiz ay əvvəl ərazimizə daxil olarkən yerinə yetirsəydilər, bu gün atəşkəsin pozulmasını, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun yaralanmasını müşahidə etməzdik. Ona görə də deyə bilərik ki, baş verən proseslər Rusiya sülhməramlılarının öz funksional vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətsiz yanaşmalarının nəticəsidir”.
Rus sülhməramlılarının Qarabağda anlaşılmaz fəaliyyəti: Ermənilərə silah necə ötürülür...
15
iyul
20:25

Qarabağ
KOMMENTLƏR
Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməlləri davam edir - VİDEO
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
Rusiya MN-dən Laçının Azərbaycana təhvil verilməsi barədə açıqlama
Laçın dəhlizindəki sülhməramlıların yeni VİDEOSU yayıldı
Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər