Azərbaycanda bələdiyyə sədri qumar oynadığına görə cərimələnib.
Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Camaləddin Müzafəddin oğlu Nuriyev İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə (Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə) cərimələnib.
Yazılan protokol baxılması üçün Şabran rayon məhkəməsinə göndərilib. İşə hakim Çingiz İsgəndərovun sədrliyi ilə baxılacaq.
Onu da qeyd edək ki, sözügedən xətanı törədən şəxslər oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Nəzərinizə çatdıraq ki, bir müddət öncə C.Nuriyevə Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi də açılmışdı.
Azərbaycanda bələdiyyə sədri qumar oynadığına görə CƏRİMƏLƏNDİ
30
iyul
11:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat