Vətən müharibəsində yaralanmış daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra isə onlara yüksək texnologiyalı protezlər təqdim olunub.
Beləliklə, Vətən müharibəsində xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 114 qazi 118 yüksək texnologiyalı protezlə təmin olunub.
"Genium” sistemi üzrə hazırlanan yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Köməkçi vasitələr olmadan ayağa qalxaraq sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təminatı üçün işlər davam etdirilir.
7News.Az
Bir qrup qazimiz yüksək texnologiyalı protezlərlə təmin edildi - FOTO
06
avqust
14:44

Qarabağ
KOMMENTLƏR
Qazimiz nazirlikdə işlə təmin edildi
Qazi narazılığını bildirəndən sonra nazirlik hərəkətə keçdi
Qazi dövlət agentliyinin yaydığı məlumata etiraz etdi: - “Hamısı ağ yalandır, inanmayın”
Qazi Sahil Həsənli mənzil və avtomobillə təmin ediləcək
Azərbaycanda hazırlanmış ilk yüksək texnologiyalı protezlər təqdim edildi - FOTO
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi