Paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsi yerləşən ‘’Club-85’’ adlı kafenin sahibi Burhan Məmmədzadənin müştərilərə qəlyan verdiyi aşkar edib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Burhan Məmmədzadə 10 sutka inzibati qaydada həbs edilib.
Paytaxtın Qaradağ rayonunda karantin qaydalarını pozan şadlıq sarayının rəhbəri də həbs olunub. Qaradağ Rayon Polis İdarəsinin əməkaşları tərəfindən keçirilən yoxlamalar zamanı rayonun Ələt qəsəbəsində yerləşən ‘’Nərmin’’ şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkar olunub.
Yoxlama zamanı 6 nəfərin vaksin olunmadığı müəyyən edildiyindən onlar toya buraxılmayıb.
Təyin edilən toy mərasimi ‘’icazə.gov.az’’ portalında qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 180 nəfərin iştrak etməsi aşkar edilib.
Buna görə də həmin şadlıq sarayının sahibi Malik Xəlilov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğu üçün onun barəsində Qaradağ Rayon Polis İdarəsində toplanmış material rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün inzibati qaydada həbs edilib.
Bakıda karantini pozan şadlıq evi və kafe sahibləri həbs edildi
11
avqust
16:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat