Dövlət Gömrük Komitəsi (DGK) "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı Axundov İsfəndiyar Məhəmməd oğlu barəsində inzibati qaydada protokol tərtib edib.
İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə) əsasən yazılan protokol qərar verilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Abbas Rzayevin icraatına verilib.
Baxış iclası 17 avqust saat 17:00-a təyin edilib.
Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
"Şərurlu İsfəndiyar" CƏRİMƏLƏNDİ
13
avqust
13:18

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat