Azərbaycanda məhkumlarla ailə üzvləri arasında uzunmüddətli görüşlərin keçirilməsinə yenidən icazə verilir.
Modern.az-ın məlumatına görə, artıq bir sıra cəzaçəkmə müəssisələrində belə görüşlər təşkil olunur.
Pandemiya şəraiti davam etdiyindən məhkumlarla uzunmüddətli görüşlərin keçirilməsinə yalnız COVID-19 pasportu ilə icazə verilir.
Belə ki, hər iki doza ilə peyvəndlənmiş şəxslər həbsdə olan yaxınları ilə görüşə biləcəklər. Müvafiq sənədi olmayanlar isə uzunmüddətli görüşə buraxılmır.
Qeyd edək ki, ötən ilin mart ayından bəri koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar məhkumlarla görüşlər dayandırılmışdı.
Məhkumların cəzaçəkmə müəssisələrində ailələri ilə uzunmüddətli görüşmək üçün COVID-19-pasportunun tələb olunub-olunmaması ilə bağlı Oxu.Az Ədliyyə Nazirliyi Penitensiar xidmətinin şöbə rəisi Mehman Sadıqovla əlaqə saxlayıb.
O qeyd edib ki, cəzaçəkmə müəssisələrində görüşə icazə Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi qaydalara uyğun olaraq təşkil edilir.
COVID-19 pasportu olmayanlar məhkumlarla uzunmüddətli görüşə buraxılmır
25
avqust
13:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat