“Bu gündən etibarən restoranlara ancaq koronavirusa qarşı hər iki doza peyvənd olunan şəxslər buraxılır”.
Bunu DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
E. Hacıyev bildirib ki, COVİD pasportu olan yaşı 18-dən yuxarı şəxslər həmin obyektlərə daxil olarkən müvafiq qaydada yoxlanılacaq: “DİN, AQTA, Dövlət Vergi Xidməti və Rayon İcra hakimiyyəti orqanlarının nümayəndələrinin birgə monitorinq qrupları tərəfindən vaxtaşırı müvafiq yoxlamalar aparılacaq. Restoranlara COVİD pasportu olmadan daxil olanlar aşkar edilərsə, , ciddi şəkildə intizam tədbirləri tətbiq olunacaq”.
E. Hacıyev onu da əlavə edib ki, Nazirlər Kabinetinin bu qərarı açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid deyil: “COVID-19 pasportu tələbi rəsmi qərara əsasən, yalnız qapalı məkanlara aiddir”.
COVID pasportu olmayanlara bu məkanlara BURAXILACAQ - RƏSMİ
01
sentyabr
13:17

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi