Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır.
Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda bu istiqamətdə hazırlıq işləri görülür: "Bənövşəyi xətt üzrə 4-cü olacaq və şərti adı "B4" adlandırılan stansiyanın tikintisi ilə bağlı məsələlər gündəmdədir. Bu istiqamətdə tədbirlər görülür. Stansiya ərazisində inşaatın ilkin hazırlıq işləri görülüb. Artıq bu işlər sürətləndirilib. Bu stansiyanın da platformaları 7 vaqonluq olacaq. Yeni tikiləcək stansiyada elevatorlarla yanaşı, liftlər də quraşdırılacaq. Yaxın vaxtlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
Xatırladaq ki, yeni metro stansiyası Bakının Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək.(trend)
Bakıda yeni metro stansiya TİKİLİR
14
sentyabr
10:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat