AMEA prezidenti Ramiz Mehdiyevlə qurumun İşlər idarəsinin müdiri Elton Məmmədov arasında qalmaqal səngimək bilmir. Aralarında torpaq davasından tutmuş vəzifə mübahisəsinə qədər davam edən gərginlik məhkəmə ilə nəticələnib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin eks müdiri, Ziya Məmmədovun qardaşı Elton Məmmədov qurumu məhkəməyə verib.
Səbəb kimi Ramiz Mehdiyevin işdən kənarlaşdırdığı Elton Məmmədovun yerinə kürəkəninin qardaşı Fikrət Əliyevi gətirməsi olub.
Bizim.Media-ya bu barədə danışan Elton Məmmədov AMEA-nı məhkəməyə verməsi məsələsini nə təsdiq, nə də təkzib edib:
"O mənim hüququmdur. Məhkəməyə verərəm, ya vermərəm, sizə nə? Məlumat vermək istəmirəm. Məhkəmə prosesi gedəndə deyəcəm, zamanında deyiləndə eşidəcəksiniz", - deyə Elton Məmmədov əlavə edib.
Məsələni Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə də dəqiqləşdirməyə çalışdıq.
Elton Məmmədovun AMEA-nı məhkəməyə verməsini təkzib etməməsi məsələnin gündəmdə olaraq həqiqətəuyğun olmasından xəbər verir.
Qeyd edək ki, Elton Məmmədovun AMEA-dakı vəzifəsinə Ramiz Mehdiyevin əmri ilə öz kürəkəni, keçmiş deputat İlham Əliyevin qardaşı Fikrət Əliyev təyin olunub.
Elton Məmmədov Ramiz Mehdiyevi məhkəməyə verdi
14
sentyabr
13:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat