Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması yekunlaşıb.
Xezerxeber.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Elşad Məmmədov deyib.
O bildirib ki, inventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflər hazırlanacaq.
Elşad Məmmədov vurğulayıb ki, sənədiz evlərin inventarlaşdırması ilə yanaşı, planlama işləri də həyata keçirilir. Xidmət nümayəndəsi ötən il evlərin uçota alınmasında yaranan ləngiməni pandemiya ilə əlaqələndirib.
Elşad Məmmədov vurğulayıb ki, sənədsiz evlər yerində uçota alınır. Bu səbəbdən də vətəndaşların hər hansı idarəyə getməsi tövsiyə olunmur.
Xidmət rəsmisi əlavə edib ki, əvvəlki illərdə tikilmiş bəzi çoxmənzilli binalar üzrə 100 minə yaxın mənzilin dövlət qeydiyyatına alınması təmin edilib. Sənədsiz fərdi yaşayış evlərinin uçota alınması prosesinn yaxın zamanlarda yekunlaşdırılması nəzərdə tutulur.
Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO
23
sentyabr
14:22

Qarabağ
KOMMENTLƏR
Ermənilərin dağıtdığı 6 300-dən çox obyekt təmir edilib - RƏSMİ
Qarabağda 168 yaşayış məntəqəsində inventarlaşma yekunlaşıb
Bakının bu hissəsində evlər plana düşdü: 3 min manata qədər pul təklif edilir
Sulutəpənin sənədsiz ev problemi: tikililəri sənədləşdirmək olmur - VİDEO
Sənədsiz evlərə “kupçalar” nə zaman veriləcək?
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat