Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları istifadə etdikləri proqram təminatlarını mütəmadi olaraq yeniləməyə çağırır.
Bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, proqram təminatı istehsalçıları məhsullarında aşkar edilən təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün mütəmadi onların yeni versiyalarını təqdim edir.
Təqdim olunan yeniləmələrin tətbiq edilməməsi kənar şəxslər tərəfindən mövcud boşluqlardan istifadə etməklə sistemə müdaxilə edilməsi, fərdi və ya həssas məlumatların əldə edilməsi və digər bədniyyətli əməllərin həyata keçirilməsi ilə nəticələnə bilər.
Cari ildə “Google Chrome” brauzerində aşkar edilən çoxsaylı təhlükəsizlik boşluqlarının davamı olaraq aktiv şəkildə istifadə olunan daha yeni iki təhlükəsizlik boşluğu aşkar edilib.
Mövcud boşluqları aradan qaldırmaq üçün “Google” şirkəti tərəfindən “Windows”, “Mac” və “Linux” istifadəçiləri üçün yeni təhlükəsizlik yeniləməsi – “Google Chrome” brauzerinin 94.0.4606.71 versiyası təqdim olunub.
“Google” şirkəti tərəfindən təqdim edilən son yeniləmə cari ilin əvvəlindən “Google Chrome” brauzerində aşkar edilən 14 təhlükəsizlik boşluğunu aradan qaldırır.
Təsiri: Mövcud təhlükəsizlik boşluqlarından istifadə etməklə hədəf sistemlərə nəzarətin ələ keçirilməsi ehtimal olunur.
Təsir görən sistemlər: 94.0.4606.71 versiyasından öncəki “Google Chrome” versiyaları
Tövsiyə: İstifadəçilər və inzibatçılar “Google” şirkəti tərəfindən təqdim edilən yeniləmələri mütəmadi olaraq nəzərdən keçirməli və elektron təhlükənin qarşısını almaq üçün vaxt itirmədən mövcud brauzeri “Google Chrome” 94.0.4606.71 (və ya yuxarı) versiyasına yeniləməlidir.
Yeniləməni tətbiq etmək üçün “Google Chrome” brauzerinin sağ üst küncündəki üç nöqtədən “Parametrlər (Settings)” bölməsinə daxil olmaq və ardıcıllıqla “Dəstək/Help”, “About Google Chrome” seçimini etmək tələb olunur. Yeniləmənin aktiv olması üçün brauzer yenidən başladılmalıdır.
Bu kimi hallarda metodiki dəstək üçün www.cert.az rəsmi saytı və yaxud [email protected] e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.
Azərbaycanlı internet istifadəçilərinə “Google Chrome”la əlaqədar xəbərdarlıq
01
oktyabr
19:19

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat