Ədliyyə Nazirliyinin müalicə müəssisəsinin infeksiya şöbəsində saxlanılan məhkum Kərəm Mənsimov Bizimyol.info-ya şikayətlə müraciət edib.
Onun sözlərinə görə, vəziyyəti ağır olsa da, xəstəxananın Ceyhun adlı həkimi onu müayinə və müalicə etməkdən boyun qaçırır. Şikayətə görə, müalicə üçün “görüm-baxım” tələb olunur, amma onun maddi imkanları məhduddur.
Qeyd edək ki, Kərəm Mənsimov 1-ci Qrabağ savaşının iştirakçısıdır. Hazırda yeganə gəlir mənbəyi də məhz Qarabağ qazisi olaraq dövlətdən aldığı müavinətdir.
Şikayətçi bildirib ki, əgər xəstəxanada həyatını ititrərsə, buna görə Ceyhun həkim və Ədliyyə Nazirliyi məsuliyyət daşıyır.
Xatırladaq ki, məhkumların müalicəsi üçün dövlət büdcəsindən Ədliyyə Nazirliyinə milyonlarla manat vəsait ayrılır. Amma təəssüf ki, bu vəsaitlərin xərclənməsində lazımi qədər şəffaflıq yoxdur. Bu barədə heç bir hesabat açıqlanmır.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, məhkumların müayinə və müalicəsi Tibb Baş İdarəsinin səlahiyyətindədir. Bununla məşğul olan həkimlər və digər tibb işçiləri də bu idarənin əməkdaşları hesab olunur: “Bununla belə, deməliyəm ki, səhhətində problem olan məhkumlara dərhal lazımi tibbi yardım göstərilir. Onlar zəruri müayinə və müalicəyə cəlb olunur. Məhkumların sağlam olması istər bizim, istərsə də Tibb Baş İdarəsinin marağındadır”.
Ədliyyə Nazirliyindən Bizimyol.info-ya bildirilib ki, Kərəm Mənsimov hazırda da Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir və durumu stabildir: “Zəruri olan bütün müayinə-müalicələrlə təmin olunur. Bununla bağlı heç bir problem yoxdur. Hazırda vəziyyəti stabildir”.
Qarabağ qazisinin səhhəti ilə bağlı durumu diqqətdə saxlayacağıq.
Həbsdə olan Qarabağ qazisi AĞIR DURUMDA - “Vəziyyətim ağırdır, müalicə etmirlər”
06
oktyabr
18:50

Qarabağ
KOMMENTLƏR
Sabiq icra başçısının ölüm səbəbi AÇIQLANDI - RƏSMİ
2 saylı Cəzaçəkmə Müəssisəsindən ŞİKAYƏT VAR - “Müdaxilə olmasa, atam öləcək”
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi Müalicə Müəssisəsində ÖZBAŞINALIQ - İTTİHAM
Məhbuslar taleyin ümidinə buraxılıb? - NARAZILIQ!
Ədliyyə Nazirliyi və TƏBİB nümayəndələri Tofiq Yaqubluya baş çəkdilər
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər