Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından bölgələrə qeyri-qanuni sərnişin daşıyan sürücülər barəsində ciddi tədbirlər görüləcək. Bu məqsədlə Dövlət Avtomobil Nəqliyyatı Xidməti yol polisi ilə birlikdə gələn həftədən reydlər keçirəcək.
"Xəzər Xəbər" xəbər verir ki, Bakı Beynəlxalq Avtovzal kompleksində fəaliyyət göstərən daşıyıcı-sahibkarların qeyd olunan problemləri həll ediləcək.
Kompleksin qarşısından bölgələrə qeyri-qanuni sərnişin daşıyan sürücülərə qarşı ciddi tədbirlər görüləcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları yol polisi ilə birlikdə gələn həftədən belə sürücülərə qarşı reydlər keçirəcək. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarovanın sözlərinə görə, qeyri-qanuni sərnişin daşıyan sürücülər həm avtovağzalda rəsmi fəaliyyət göstərən daşıyıcı-sahibkarlarla bağlı, həm də sərnişinlər üçün ciddi problemlər yaradırlar. Bakıda və bölgələrdə olan avtovağzallarda qoyulan qiymət tarifindən də artıq məbləğdə sərnişin daşıyırlar.
Rayonlara qeyri-qanuni sərnişin daşınmasından ən çox avtovağzalda fəaliyyət göstərən daşıyıcı sahibkarlar zərər görürlər. Onların iddiasına görə, məhz bu səbəbdən sərnişinlərin çox hissəsi bölgələrə getmək üçün avtovağzaldan istifadə etmirlər.
Qeyri-qanuni sərnişin daşıyan sürücülərin isə bu məsələyə öz arqumentləri var.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinlərə rayonlara gedərkən qeyri-qanuni fəaliyyət göstərən avtomobillərdən istifadə etməməyi tövsiyə edir.
Bu taksilərə ciddi nəzarət başlayır (VİDEO)
07
oktyabr
10:54

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər