Kürdəmir sakini talassemiya xəstəsi oğluna əlillik dərəcəsi təyin etdirə bilmir.
Bu barədə, Kürdəmir rayon, Qarabucaq kənd sakini Zahid Mehdiyev “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib. Onun sözlərinə görə, oğlu Ülvi Mehdiyev (26.10.2002-ci il təvəlldlü) 17.09.2012-ci ildən “Alfa Talassemiya” diaqnozu ilə Respublika Talassemiya Mərkəzində qeydiyyatdadır və oğlu hər ay həmin mərkəzdə pulsuz tibbi müayinədən keçirilib.
Ülvi Mehdiyev 17.09.2012-26.10.2020 ci illlərdə 18 yaşına kimi 200 manat “sağlamlığından məhrum olma” müavinəti alıb. Ancaq 18 yaşı tamam olduqdan sonra müavinət dayandırılıb.
Z. Mehdiyev deyir ki, oğluna əlillik dərəcəsinin təyin edilməsi üçün Əlillərin Bərpa Mərkəzinə yaxınlaşıb. Mərkəzdən onu Kürdəmir rayon Mərkəzi Xəstəxanasına (MX) yönləndiriblər. Kürdəmir rayon MX-dan isə bildirilib ki, əlilliyin təyin edilməsi onların tabeliyində deyil.
Daha sonra Zahid Mehdiyev 03.02.2021- ci ildə Respublika Talasssemiya Mərkəzindən “ambulator xəstənin tibbi kartasından çıxarış” edərək sənədləri Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) təqdim edib. Ancaq bir müddətdən sonra ona “natamam doldurma” ilə imtina cavabı gəlib. Ülvi Mehdiyevin sənədləri təkrar TSEK-ə təqdim edilsə də, hələ də nə təsdiq, nə də inkar cavabı gəlməyib.
Məsələ ilə bağlı “Gözətçi” olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.
Kürdəmir sakini ÇARƏSİZ DURUMDA... - GİLEY
22
oktyabr
13:15

Qarabağ
KOMMENTLƏR
Bakı sakini əlillik pensiyasının verilməməsindən şikayətçidir - GİLEY
Kürdəmir həkimlərinin ümidinə qalsa... - Xəstələr rəsmən ölümə tərk edilir...
Kürdəmir sakini narazılıq edir - GİLEY
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Kürdəmir Məşğulluq Mərkəzi nəyə lazımdır? - "Bəlkə rüşvət istəyir?"
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər