"Xankəndi tarixi Azərbaycan ərazisidir. Yəni ərazi mübadiləsi üçün heç bir əsas yoxdur. İndiki halda heç kim bizlə "biz sizə filan ərazini, siz də bizə filan ərazini verin, dəyişdirək" deyib şərt dili ilə danışa bilməz”. 
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Qarabağın dağlıq ərazisində suverenliyin təmin olunması əvəzində Xankəndi ilə Mehrinin dəyişdirilməsi ilə bağlı irəli sürülən təklifləri şərh edərkən deyib. 
Onun sözlərinə görə, Azərbaycan öz tarixi ərazilərinin sahibidir və Xankəndidə Azərbaycan bayrağının dalğalanacağı günlər çox da uzaqda deyil:

"Azərbaycanla heç kəs şərt dili ilə danışa bilməz. Müvəqqəti Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə qayıdış gec-tez baş tutacaq. Bu istiqamətdə işlər davam etdirilir. Bu prosesin getdiyi bir zamanda ərazi mübadiləsi ilə bağlı fikirlər səsləndirmək düzgün deyil.  

Ümumiyyətlə, 1990-cı illərin əvvələrində ərazi mübadiləsi nəticəsində münaqişənin həll edilməsi ilə bağlı müxtəlif mülahizələr olub. Cənab Prezident İlham Əliyev də münaqişənin həll yolu barədə danışarkən qeyd edib ki, biz vaxtilə Dağlıq Qarabağ adlandırılan əraziyə ən yüksək status verməyə hazır idik, lakin Ermənistan qəbul etmədi. Nəticədə, məsələ gündəmdən düşdü və Azərbaycan problemi hərbi-siyasi yolla həll etdi. Bir haldakı problem həll edilib ərazi mübadiləsi kimi təklifləri irəli sürmək nəyə gərəkdir?".

скачать dle 12.1