8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada hərbi parad keçiriləcək.
Bunu Modern.az-a açıqlamasında şəhərin düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərənlərdən biri və Azərbaycan bayrağını ora sancan hərbçimiz, əslən şuşalı Səbuhi Abdullayev bildirib.
S.Abdullayev qeyd-şərtsiz Zəfər Gününü Şuşada qeyd edəcəyini vurğulayıb:
"Bununla bağlı mənə təklif gəldi, çox böyük məmnuniyyətlə, çox böyük qürurla paradda iştirak edəcəyəm. Zəfər Günü Ali Baş Komandanla bir yerdə Şuşada olmaq xüsusi qürurdur”.
Hərbçimiz deyib ki, 14 yaşında tərk eləmək məcburiyyətində qaldığı Şuşaya 26 il 8 aydan sonra qayıdıb:
"Şuşaya bayraq sancmaq əvəzsiz hiss idi. Şuşada doğulub, 14 yaşıma kimi orada yaşamışam. 26 il 8 aydan sonra ora qayıtdım və bayrağı sancdım. Bir il ötməsinə baxmayaraq, hələ də bu gözəl hislərin təsirindəyəm”.
Şuşada Zəfər Günü paradı olacaq?
03
noyabr
14:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat