Sosial mediada Tovuzda azyaşlı uşağın anası tərəfindən küçədə yatızdırıldığı haqda foto və məlumat paylaşılıb.
Qısa müddət ərzində ana və məsələyə biganə olan aidiyyəti qurumlar qınaq obyektinə çevrilib. Bəs reallıq necədir? Aybəniz Qasımovanın 37 yaşı var. Tovuzda, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində yaşayır. Qeyri-rəsmi nikahdan bir övladı var. Sosial şəbəkədə bu ana və övladı haqqında məlumat, foto paylaşılıb ki, anası uşağına qarşı biganədir, onu gecə səhərə qədər küçələrdə yatızdırır.
Qadının əqli problemlərinin olduğu da qeyd edilib. Bina sakinləri isə deyilənləri əsassız sayırlar. Aybəniz Qasımovanın özü ilə də görüşdük. Deyir ki, anası dünyasını dəyişib. İki bacısı, təqaüddə olan atası var. Aybəniz onun ünvanına səsləndirilən ittihamları qəbul etmir. "Facebook"da paylaşılan foto və məlumata Tovuz Rayon Polis Şöbəsi münasibət bildirib. Qeyd edilib ki, ana ilə dəfələrlə profilaktik söhbət aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə "Xəzər Xəbər"ə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, 7 yaşlı oğlan məktəbə getmir. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Uşağını küçədə yatmağa məcbur etdiyi deyilən ana danışdı (VİDEO)
24
noyabr
10:18

Qarabağ
KOMMENTLƏR
Tovuzda ananın azyaşlı övladını küçəyə atması ilə bağlı araşdırmalara başlanıldı
Tovuzda iki minik avtomobili toqquşdu: Xəsarət alan var - FOTO
Bakıda uşaq evi bağlandı, 10 yaşlı qız küçədə qaldı
Polad Həşimovun qızı ilk dərs günü atasının məzarını ziyarət etdi - FOTO
Aybəniz Haşımova ilə bağlı üzücü xəbər
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi