Amnistiya aktı həm cinayət törətmiş, həm də məhkum olunmuş şəxslər barəsində tətbiq edilib. Bu günə qədər tətbiq edilən amnistiya aktının 85 faizi sırf məhkum edilmiş şəxslərə aid olub.
Bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021- ci il noyabrın 5-də “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, bir ay ərzində amnistiya aktı ilə bağlı prokurorluq orqanları tərəfindən 53 şəxs barəsində sırf istintaq mərhələsində amnistya aktı tətbiq edilib:
“Qələbə günü münasibətilə qəbul edilən Amnistiya Aktı müstəqillik elan olunduqdan bu günə qədər 13-cü amnistiyadır. Belə ki, Daxili işlər orqanları tərəfindən 204, Ədliyyə Orqanları tərəfindən 3, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 1 nəfər barəsində istintaq mərhələsində amnistya aktı tətbiq edilib.
Eləcə də Mülki istintaq və təhqiqat orqanları tərəfindən 260, Hərbi istintaq və təhqiqat orqanları tərəfindən 27, Mülki Cəzaçəkmə Müəssisələri tərəfindən 1921, İntizam xarakterli HH tərəfindən 3, Probasiya Xidməti tərəfindən isə 1351 nəfərə istintaq mərhələsində amnistiya aktı tətbiq edilib”. (oxu.az)
Amnistiya aktı barədə daha bir açıqlama
06
dekabr
18:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat