Amnistiya Aktı 17 267 şəxsə şamil olunub.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilən ən geniş amnistiyadır.
Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır.
Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5 971 məhkuma tətbiq edilib. Onlardan 2 710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3 261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.
Həmçinin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8 559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5 722 məhkum cəzadan azad edilib, 2 837 məhkumun cəzası azaldılıb.
Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 909, islah işləri cəzasına məhkum olunmuş 2 471, ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum edilmiş 1 202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya tətbiq olunub.
Bundan əlavə, məhkəmələrin icraatında olan işlər üzrə 890, ibtidai istintaq orqanlarının icraatında olan işlər üzrə isə 1 785 şəxsə amnistiya tətbiq edilib.
Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 Amnistiya Aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.
Qeyd edək ki, Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.
Amnistiya Aktı 17 267 şəxsə şamil olunub
15
mart
12:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat