Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ("Baktelecom") yeni baş direktoru təyin olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə bu vəzifəyə texnika elmləri namizədi, "Rabitə ustası" Mərdanov Nail Teyyub oğlu təyin edilib. O, bu ilin fevral ayında "Baktelecom"a baş direktorun müavini təyin olunmuşdu.
Xatırladaq ki, nizamnamə kapitalı 4.3 milyon manatdan artıq olan "Bakı Telefon Rabitəsi” MMC dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 mindən çox müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri - telefon, internet, DATA, İPTV, CDMA və LTE texnologiyalarına əsaslanan IP telefoniya xidmətləri təqdim edir. Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir. Qurumun tabeliyində 6 Rabitə xidmətləri mərkəzi, həmçinin "Azərrabitəlayihə” MMC və "AzEuroTel” MMC fəaliyyət göstərir.
Nazir onu baş direktor təyin etdi
16
dekabr
17:12

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat