Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasına bu il virus xəstəlikləri ilə bağlı müraciət edənlərin sayı artıb.
Bunu xəstəxananın pediatr-infeksionisti Rəna Hüseynova bildirib.
O deyib ki, uşaqlar arasında mövsümi xəstəliklər hər il görülsə də, pandemiya başlayandan müraciətlərin sayı daha da artıb: "Bunun əsas səbəblərindən biri isə uşaqların bağçalara, məktəblərə getməsidir. İndi sağlam uşaq da, xəstə uşaq da məktəbə, bağçaya gedir. Ona görə də xəstəlik çoxalır. Valideynlər xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər”.
R.Hüseynova qeyd edib ki, hazırda xəstəxanalara ən çox uşaqlar inaq (yuxarı tənəffüs yollarının, xüsusilə qırtlaq (səs tellərinin) və nəfəs borusunun iltihabı) səbəbindən müraciət edir: “Uşaqlarda əsasən yüksək hərarət, öskürək, bəzən isə qusma, ishal müşahidə edilir. Çoxu bunu soyuqla əlaqələndirsə də, bu, virusdur. Sadəcə bədəndə virus olduğu üçün soyuqdəymə ilə əlaqəli xəstəlik daha da ağırlaşır. Valideynlərin çoxu bu kimi hallarda uşaqları həkimə gətirmədən, evdə müalicə etməyə çalışırlar. Bununla isə uşağın vəziyyəti daha da ağırlaşa bilər. Xəstə uşağa mütləq həkim baxmalıdır. Həkim təyin etmədən uşaqlara antibiotik verilməsi yolverilməzdir”.
Pediatr-infeksionist xəstələnən uşaqlara qulluq üçün tövsiyələrini də verib: “Uşaqların qızdırması olarsa, ilk olaraq onlara “paracetamol” dərmanı vermək və çoxlu maye içirtmək lazımdır. Ən əsası isə valideynlər vaxt itirmədən yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edib, həkimlərdən məsləhət almalıdırlar. Xəstə uşaqları daha çox geyindirmək də düzgün deyil. Bu, tərləməyə və daha çox vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər. Valideynlərə məsləhətim odur ki, uşaqların əllərini tez-tez yumasına, sıxlıq olan ərazilərdə olmamalarına diqqət etsinlər. Gigiyenik qaydalara və sosial məsafəyə əməl etməklə, uşaqların sağlamlığının qayğısına qalmaq mümkündür".
“Uşaqların qızdırması olarsa, ilk olaraq..." - Pediatr
23
dekabr
11:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat