Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin təşkilatçılığı ilə 2021-ci ilin yekunlarına dair "Qızıl Buta” Milli mükafatının təqdimetmə mərasimi baş tutub.
Mərkəz tərəfindən 2-15 dekabr tarixlərində respondentlər arasında mükafat qaliblərinin müəyyən edilməsi üçün sorğu keçirilib. Ənənəvi olaraq sorğular anket şəklində, sosial şəbəkələrdə həmçinin mərkəzin koordinatorları tərəfindən aparılıb. Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin sədri Zaur Mirzəzadə sorğularda 11 min respondentin iştirak etdiyini açıqlayıb.
"Qızıl Buta” Milli mükafatı Millət vəkillərinə, rəsmi şəxslərə Kütləvi İnformasiya Vasitələri habelə, idman, mədəniyyət və incəsənət nümayəndələrinə təqdim edilib. İdman sahəsində sağlam gəncliyin yaranmasında və formalaşmasında xidmətlərinə görə Fövqəladə Hallar Nazirliyinin İdman sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev "Qızıl Buta” Milli mükafatı ilə təltif olunub. Polkovnik F.Musayev öz çıxışında ona səs verən bütün respondentlərə, mükafatı təsis və təqdim edən DAİM Mərkəzinə və sədrinə dərin təşəkkürünü bildirib.
Füzuli Musayev Azərbaycan idmanında göstərdiyi peşəkarlıq fəaliyyətinə, idmançıların karate idmanı üzrə beynəlxalq yarışlarında layiqincə təmsil edilməsinə, zəhmətinə, göstərdiyi səy və nəticələrin nailiyyətlərinə görə ölkə rəhbərliyi tərəfindən dəfələrlə layiqincə qiymətləndirilib. O, Prezident İlham Əliyev tərəfindən 2015-ci ildə "Fəxri diplom” və 2021-ci ildə "Tərəqqi medalı” ilə təltif edilib.
Füzuli Musayev hal-hazırda Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi kimi əməkdaşların fiziki hazırlığı və peşəkarlığının artırılması, idmançıların yetişdirilməsi sahəsində fəaliyyətini davam etdirir.
Füzuli Musayev “Qızıl Buta” milli mükafatına layiq görülüb
27
dekabr
20:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat