Pandemiya bütün dünyada fövqəladə hadisədir.
Bakısəsi Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, heç bir ölkə bu xəstəliyə hazır deyil: "Bizim bütün həkimlər bu virusa qarşı hazırlanır. Bakıda həkimlərə bununla bağlı seminarlar da keçirilib. Bütün həkimlər bu işə səfərbər olunub. Biz bu virusa qarşı hazırlaşmaqda davam edirik. Biz payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq. Bəzi tibb işçilərinə istirahət verilib ki, qarşıdan gələn mövsümə hazırlıqlı olsunlar. Tibbi heyət bu işdə əlindən gələni əsirgəmir".скачать dle 12.1