Şamaxıda baxımsız vəziyyətdə qalan 4 uşaq sığınacağa yerləşdirilib.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, bu uşaqlarla bağlı kənd camaatı da aidiyyəti qurumlara dəfələrlə müraciət edib, lakin təəssüf ki, bu günə qədər onların aqibəti ilə ciddi maraqlanan olmayıb:
"Əvvəl onu deyim ki, bu ailə ilə bağlı ilk müraciətim keçən il yayda Şamaxı Rayon İcra Hakimiyyətinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə olub. Onda da aidiyyəti qurumlara dəhşətli görüntülər göndərmişdim. Təəssüf ki, nəticəni bu gün, məlum digər videoda görürsünüz. Bu uşaqlar zorakılıq, hətta ehtimal edirəm ki, fiziki zorakılıq qurbanlarıdır. Diqqətimi azyaşlıların "Mehman yanımızda qalırdı” ifadəsi çəkdi. Bu fikir məni başqa şübhələrlə qarşı-qarşıya qoyub. İnanın təcrübəmə, mütləq bu məsələdə seksual hərəkətlərə təhrik olduğu üzə çıxacaq. Əlbəttə ki, bu qurumlar üçün o qədər də maraqlı olmaz. Ancaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün bu ehtimalları araşdırmaq maraqlı olar”.
K.Ağazadə qeyd edib ki, azyaşlıların anası onlarla heç maraqlanmayıb:
"Mən keçən ildən bunu görmüşdüm, o zaman hələ ən balaca uşaq lap körpə idi. Fikir verdinizsə, balaca uşaq bacının qucağında lüt vəziyyətdə gəlirdi. Ana cinayətə meyilli biri kimi araşdırılmalıdır. Qonşuların dediyinə görə, uşaqların qaldığı evin həyəti istifadə olunmuş şprislərlə doludur. Bu da uşaqların hansı təhlükələrlə qarşılaşdığından xəbər verir. Halbuki kənd camaatı dəfələrlə bu ailə haqqında icra nümayəndəsinə, bələdiyyəyə məlumat verib. İcra hakimiyyəti nümayəndəsinin bildirdiyinə görə, uşaqlar bu dəfə dövlət himayəsinə veriləcək. Amma mən anlamadım ki, niyə keçən dəfə müraciət etdiyimdən bu tədbir görülməmişdi. Belə baxıram ki, səbəb məlumatın ictimailəşdirilməsi oldu. Çünki bu dəfə DİN-ə də məlumat verildi, Baş Prokurorluğa da. Uşaqlar mütləq reabilitasiya keçməlidir. Çünki bir çox hadisələrə, olaylara o zaman aydınlıq gələcək. Bunu da biz - Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin əməkdaşları edəcək. Mane olmayın, qoyun uşaqlara yardım edək”./oxu
İstifadə olunmuş şprislər, zorakılıq ehtimalı - Acınacaqlı vəziyyətdə olan uşaqlarla bağlı yeni AÇIQLAMA
17
yanvar
12:23

Qarabağ
KOMMENTLƏR
Baxımsız qalan uşaqların anası reabilitasiya prosesinə cəlb olundu
Kəmalə Ağazadə: “Körpəsi boğularaq öldürülən qadının ayaqları çürüyür”
Uşaq dünyaya gətirən 13 yaşlı qızın anası ondan və nəvəsindən imtina etdi
Bakıda 16 yaşlı qız ailəsi tərəfindən döyülərək küçəyə atıldı
Sığınacağa edilən hücumun təfərrüatı bəlli oldu: “Uşaqlardan birinin atası həbsdədir”
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi