Milli Qəhrəmanın anası Kamilə Aznaurova 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, xalq arasında "Topçu İsgəndər" kimi tanınan Milli Qəhrəman İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlib. Qəhrəmanın Qarabağ müharibəsi zamanı Gədəbəy rayonunda gedən döyüşlərdə göstərdiyi misilsiz qəhərəmanlıq nümunələri bu gün də xalqımızın dilində əzbərdir.