Şəhid anası yaşadığı Qəbələnin Bunud kəndində dünyasını dəyişib.
Qeyd edək ki, mayor Natiq İsmayılov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.