"Mən 2017-ci ilin iyul ayında Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilmişəm. "Tərtər hadisələri" isə həmin ilin may ayında baş verib. Mən "Tərtər işi" ilə bağlı məhkəmə proseslərinə sədrlik etməmişəm. Həmin vaxt "Tərtər işi" ilə bağlı açılan cinayət işləri məhkəmə icraatına verilməmişdi".
Bunu "Unikal"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq şöbəsinin müdiri Kamal Əliyev deyib. O Elton Məmmədovu xüsusi ittiham qaydasında məhkəməyə verməsinin səbəbini də açıqlayıb:
"Elton Məmmədov məhkəmələrdə çıxış edir, məni cinayətkar adlandırır. Mən bilmək istəyirəm, desin görüm, hansı cinayəti törətmişəm? Mən Elton Məmmədovla bağlı məhkəməyə AMEA-nın yox, öz adımdan şikayət etmişəm. Mən onun özünə də dedim ki, AMEA-nın Prezidenti Ramiz Mehdiyev sənin şər-böhtanına dözə bilər, amma mən yox".
Qeyd edək ki, Elton Məmmədov Kamal Əliyevi cinayətkar dəstənin üzvü adlandırıb. Bildirib ki, K.Əliyev Bakı Hərbi Məhkəməsində hakim olan zaman "Tərtər işi"ndə əsgər və zabitlərimizə qarşı ədalətsiz qərarlar çıxarıb.
"Ramiz Mehdiyev şər-böhtana dözə bilər, mən yox" - Şöbə müdiri
27
yanvar
12:55

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat