“2008-ci ildən dünyada qlobal maliyyə böhranı başladı. Ölkədə makroiqtisadi sabitlik pozulmadı. Neftin qiyməti kəskin düşsə də, tez bir zamanda bərpa olundu”.
“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkə prezidentinin devalvasiya zamanı 10 milyard dolların itirilməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, 2014-cü ilin iyun ayından başlayaraq böhran, dünyada tələbin azalması və bir sıra amillərin təsiri altında neft qiymətlərinin azalması ilə müşahidə olundu: “2016-cı ilin sonunda neftin 28 dollara enməklə qiymətlər 4 dəfə azaldı. Bu halda ölkədə tədiyyə və ticarət balansında problemlər yaranmağa başladı. 1,4 milyardlıq kəsirlə üzləşdik”.
Həmçinin oxuyun: Vidadi Muradovun müsadirə edilən 30 milyonluq əmlakının siyahısı - Bir küçədə 22 mənzil
Rüstəmov bildirib ki, cari balansda böyük itki ilə üzləşiblər: “Büdcəyə neft transferlərin həcmi yüksək idi. Yaranmış makroiqtisadi vəziyyətdə hesablamalar və qeyri-müəyyənliklər neftin qiymətini aşağı düşürdü. Proqnozlaşadırmaq çətin idi. Ölkə strateji valyuta ehtiyatlarını itirməklə üzləşdi. Valyuta transferləri və beynəlxalq ödəmə qabiliyyətinə ciddi təhdidlər yaranırdı. Sonrakı proseslər göstərdi ki, bu doğru qəbul edilmiş qərar idi. İldə 12 milyard transfer dövlət büdcəsinə sərf edirdisə, xərclər 6 milyard dollara düşdü. Yəni qeyd edilən 10 milyard dollar vəsait itkisi bir-iki ay ərzində baş vermədi. Fiskal və monetar siyasətdə lazımi nəticələr çıxarılıb”.
Mərkəzi Bank 10 milyardı necə itirib? - Sədrdən açıqlama
28
yanvar
18:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat