Bu gün teleaparıcı, prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Tarixin bir günü” təhsili ictimai müzakirə edəcək.
Son günlər təhsil müəssisələrində baş verənləri müzakirə etmək istəyən Tolikİn bu hərəkəti sosial şəbəkələrdə bir qrup insanın narazılığına səbəb olub.
İstifadəçilərin bəzisi onun şou adamı olduğunu, bu cür ciddi məsələləri müzakirə etməyə haqqı çatmadığını iddia edib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Tolik bu yanaşmanın düzgün olmadığını bildirib:
“Nooldu, xeyriyyə işi görəndə heç məni paylaşıb demirdilər ki, Tolik şou adamıdır, amma 30 kasıb ailənin övladını sünnət etdirib, ehtiyacı olanlara yardım edir, indi isə belə yazırlar. Niyə ciddi məsələləri müzakirə etməyim ki? Facebook-da haqqımda yazanlar cəmiyyətə bir manat xeyri olmayan insanlardır”.
O, verilişdə müzakirəni peşəkarlarla aparacağını qeyd edib:
“Bu müzakirəni tək özüm etmirəm. Proqramda təhsil eksperti, vəkil, həkim, tanınmış jurnalist qonaq olacaq. Tək mən çıxıb müzakirə etsəyidim, deyərdilər ki, “Tolik şou adamıdır niyə təhsildən danışır?” Əsas odur ki, proqramda təhsil eksperti olacaq, Kamran Əsədovu hamı tanıyır. Bizi maraqlandıran əsas mövzu odur ki, valideynlər, məktəblər niyə bu duruma gəlib?
Düzdür, sovet dövründə də belə hallar yaşanırdı, biz bunu filmlərdən görürdük, şagirdlərin nadincliyi göstərilirdi. Lakin indi bu dəb halını alıb, sanki bir-birini təkrarlayırlar, bir məktəbdə hadisə baş verir, ona heç nə demirlər, sonra başqası edir. Bu hamısı “Tik-Tok”un fəsadlarıdır. Bu gün heç bir sosial şəbəkədə şagirdlərin özbaşınalığını görə bilməzsiniz, bunu yalnız “Tik-tok”da paylaşırlar. Bundan əvvəl də mən təhsil mövzusunu müzakirəyə çıxarmışdım. Buna görə kim mənə nə deyə bilər?! Kim qadağan edə bilər ki, bu mövzuya toxunma? Məni buna görə qınayan adamlara adbaad cavab verə bilərəm! Görəsən, onlar bu ölkə üçün məndən xeyirli vətəndaşdırlarmı?”
Tolikdən sərt açıqlama: “Onlar cəmiyyətə bir manat xeyri olmayan insanlardır”
04
fevral
12:38

Qarabağ
KOMMENTLƏR
Tolik Xoşqədəmi tənqid etdi: "Bir status paylaşmağı mənə qıymadı"
Tolik Zaurun verilişindən danışdı: “Özünə gün ağlamayan, ailəsinə xeyri olmayan...“
"Gedib Lalə Azərtaşın verilişində otururlar" - Tolik efirə gəlməyən Kamran Əsədov haqda danışdı
Tolik Gülayla Aynişanı hədələdi - “Bir gün ağzım açılacaq!”
Tolik Zaurun verilişini tənqid etdi: “Şitxana“
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat