"Bütün dünyada olduğu kimi Azərbaycanda da onkoloji xəstəliklərə tutulmuş insanların sayı artmaqdadır".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli deyib. O bildirib ki, 2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 403 nəfər onkoloji xəstə olub:
"Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 595 nəfər birincili onkoloji xəstə kimi düşüb. Bunlardan birinci-ikinci mərhələdə 4575 nəfər, üçüncü mərhələdə 3876, dördüncü mərhələdə 3144 nəfər olub. Lakin burada demoqrafik göstəricilərə də nəzər salmaq lazımdır. Xərçəng xəstəliklərinin sayı demək olar ki, ölkə əhalisinin sayı ilə paralel artır. Demoqrafik göstəricilərlə müqayisəli götürsək, artım olan yerdə istər-istəməz onkoloji xəstəliklərdə də artım müşahidə olunur. Müvafiq göstəriciləri qonşu ölkələrin statistik məlumatları ilə müqayisə etsək, deyə bilərik ki, respublikamızda xərçəng xəstələrinin sayı o qədər də çox deyil.
Hazırda onkoloji xəstələrin aşkarlanmasında vəziyyət çox yaxşıdır. Belə ki, əgər 2016-cı ildə 17 166 nəfər 5 il və 5 ildən artıq yaşayanlar idisə, 2020-ci ildə bu göstərici 19 766 nəfər olub. Bu da qabaqcıl tibbi avadanlıqların olması, müasir müayinə, müalicə üsullarının tətbiqi, müalicədə protokolların istifadə olunması xəstəliyin sağalmasına, xəstənin vəziyyətinin yaxşılaşmasına xeyli təsir göstərib. Xəstəliyin erkən mərhələsində həkimə müraciət etməyi məsləhət görürəm, çünki bu, xərçəngin bəzi formalarından şəfa tapmaq ehtimalını xeyli artırır. Onkoloji xəstələrin sayının artmasında ekologiya problemləri, qida rejimi, yeyinti məhsullarının keyfiyyəti, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanma və radiasiya səviyyəsinin çoxalması mühüm rol oynayır".
O qeyd edib ki, yaşından, maddi durumundan və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq onkoloqun görüşünə gələn hər kəs həkimdən dəhşətli bir xərçəng diaqnozu eşitməkdən ən çox qorxur, ancaq onkologiyadan da təhlükəli xəstəliklər var:
"Bütün dünyada hazırda koronavirus tüğyan edir, o cümlədən də bizim respublikamızda. Hazırda bütün dünya peyvənd olunur. Ölkəmizdə aparılan vaksinasiya prosesi dünyada aparılan uğurlu vaksinasiya kampaniyalarından biridir. Təəssüf ki, bəzən sosial şəbəkələrdə "ekspertlər"in səsləndirdiyi əsassız fikirlər insanları çaşdırır. Vətəndaşlar rəsmi səhiyyə qurumlarını təmsil edən ekspertlərin tövsiyələrinə əməl etməlidirlər. Sürətlə yayılan virusdan qurtulmaq istəyiriksə, vaksinasiya prosesində aktiv iştirak etməliyik. O ki qaldı onkoloji xəstələrin peyvəndləməsi ilə bağlı suala, bildirmək istəyirəm ki, yaxın zamanlarda əməliyyat keçirən, yaxud əməliyyatdan sonrakı dövrdə olan onkoloji xəstələr vaksin oluna bilməz. Həmçinin kimyaterapiya müalicəsi alan, ya da hazırda şüa terapiyası şöbəsində müalicə olunan onkoloji xəstələrə vaksin tövsiyə olunmur. Müalicə bitdikdən sonra onlar da peyvənd oluna bilərlər. O cümlədən də pasient uzun müddətdir onkoloji xəstə kimi qeydiyyatdadır, niyə peyvənd olunmasın? Hesab edirəm ki, mütləq COVID-19-a qarşı peyvəndlənməlidir" - o, qeyd edib.
Azərbaycanda onkoloji xəstələrin sayı artır
05
fevral
01:29

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda onkoloji xəstələrin sayı artıb
Onkoloji xəstəliklərin nəzərinə
"Onkoloji xəstəliyin müalicəsi icbari tibbi sığortaya daxil edilməlidir" - Komitə sədri
Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb
Onkoloji və skleroz xəstələri pensiya ala biləcək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat