Azərbaycanın veteran futbolçusu Maşallah Əhmədov İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsində şahid qismində iştirak edib.
Bakisesi.com sportnet.az-a istinadən xəbər verir ki, keçmiş hücumçunun növbəti prosesdə ifadə verməsi nəzərdə tutulur. Proses fevralın 7-də gerçəkləşəcək.
Qeyd edək ki, Maşallah Əhmədov Binəqədi rayon polisinə edilmiş şikayət ərizələri əsasında 350 min manatı mənimsəmə iddiası ilə 2015-ci il dekabrın 14-də həbs olunub. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Lakin M.Əhmədovun vəkilinin apellyasiya şikayəti əsasında onun cəzası 2017-ci il iyulun 24-də səkkiz ildən iki ilə endirilib. Həmin il oktyabrın 7-də isə cəzasını başa vuraraq azadlığa çıxıb.
Veteran futbolçu daha əvvəl verdiyi müsahibədə Vilyam Hacıyevin ona 400 000 manat borclu olduğunu bildirib.
Maşallah Əhmədov məhkəmədə
04
fevral
18:28

Qarabağ
KOMMENTLƏR
Veteran futbolçunun Vilyam Hacıyev barəsində şikayətinə xitam verildi
12 il həbs cəzasına məhkum edilən sabiq icra başçısı bəraət istəyir
Vilyam Hacıyevə 12 il həbs cəzası VERİLDİ
Prokuror Vilyam Hacıyevə 13 il həbs cəzası istədi
Vilyam Hacıyevin arvadı beş milyonluq əmlakı, oğlu “Land Rover”ini geri istəyir
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər