Veteran futbolçu Maşallah Əhmədovun İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyevlə bağlı şikayətinə xitam verilib.
APA xəbər verir ki, istintaq orqanı tərəfindən aparılan araşdırmanın nəticəsinə görə Vilyam Hacıyevin Maşallah Əhmədov və iş adamı Müqayis Verdiyevə borcu olması, onlara qarşı dələduzluq etməsi sübut olunmayıb. Şikayət əsassız olduğuna görə cinayət işinə həmin epizodla bağlı hissədə bəraətverici əsaslarla xitam verilib.
Maşallah Əhmədov və Müqayis Verdiyevin sabiq icra başçısının məhkəməsində ifadə verəcəkləri gözlənilsə də, sözügedən qərardan sonra onlar şahidlər siyahısına salınmayıblar.
Xatırladaq ki, Maşallah Əhmədov uzun müddətdir Vilyam Hacıyev tərəfindən aldadıldığını iddia edib. Onun sözlərinə görə, iş adamı Müqayis Verdiyevlə birgə İmişli Rayonunda aparılan yenidənqurma işlərində iştirak etsələr də, Vilyam Hacıyev onların pulunu verməyib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırma aparılıb.
Xatırladaq ki, M.Əhmədov 2015-ci ildə bir neçə nəfərə qarşı dələduzluq etdiyinə görə həbs olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum olunub.
O, 2017-ci ildə cəzasının dörddə üç hissəsini çəkdiyi üçün vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Veteran futbolçunun Vilyam Hacıyev barəsində şikayətinə xitam verildi
27
aprel
13:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat