Deputat Cavanşir Feyziyevin təhqir etdiyi jurnalistlər toplantı keçirib.
Görüş "Yeni Müsavat”ın redaksiyasında baş tutub. Görüşdə Milli Məclisin sədri Sahibə Qafarovaya C.Feyziyevin mandatında məhrum edilməsi ilə bağlı müraciət olunub.
Xatırladaq ki, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. O, bu məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan C.Feyziyev bu paylaşımda jurnalistlərin adını çəkərək təhqir edib.
***
Xəbər verdiyimiz kimi, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. Maraqlıdır ki, C.Feyziyev məsələ ilə bağlı səhəri gün müsahibə verərək məlumatı təsdiqləsə də, ötən gün yenidən geniş açıqlama yayıb. Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan və ziyalı olduğunu elə bu yazıda iddia edən C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.
"Unikal"-ın əldə etdiyi məlumata görə, deputatın təhqir etdiyi media nümayəndələri fevralın 7-də Milli Məclisin sədri Sahibə Qafarovaya yazılı müraciət ünvanlayacaqlar. Müraciətdə C. Feyziyev barəsində tədbir görülməsi və onun deputat mandatından mərhum edilməsi tələbləri yer alacaq. Jurnalistlərin müraciətinin Milli Məclisin İntizam komissiyasında təxirəsalınmadan müzakirə ediləcəyi və qəti qərar qəbul olunacağı da bildirilir.
Təhqir olunan jurnalistlər Sahibə Qafarovaya müraciət etdilər - YENİLƏNİB
07
fevral
13:11

Qarabağ
KOMMENTLƏR
Cavanşir Feyziyevi hansı cəza gözləyir? - AÇIQLAMA
Cavanşir Feyziyev jurnalistləri təhqir etdiyi statusunu sildi
Zaur Qəriboğlu Cavanşir Feyziyevi məhkəməyə verdi
Cavanşir Feyziyevin qardaşı dövlətdən 200 manat yardım alıb – FOTOFAKT
Elman Nəsirov: “Cavanşir Feyziyev ilə jurnalistlər arasında "lənət şeytana" deyərək barışıq əldə olunmalıdır”
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər