Xəbər verdiyimiz kimi, bu gün bir neçə redaktor jurnalistləri təhqir edən deputat Cavanşir Feyziyevin məsələsi ilə bağlı toplaşacaqlar. Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət olunacaq ki, C.Feyziyevin mandatından məhrum edilməsi proseduruna başladılsın.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli "Unikal"a açıqlamasında bildirib ki, bu müraciətin baxışa təsdiq olunub-olunmayacağını gözləmək lazımdır. O qeyd edib ki, İntizam komissiyasının ümumi qaydaları var:
"Ona uyğun olaraq xəbərdarlıq, töhmət olur. Ola bilər ki, deputat mandatdan məhrum edilir. Bu komissiyanın verəcəyi qərara baxır. İlk növbədə bu müraciətin icraata götürülüb-götürülməyəcəyini gözləyək".
Xatırladaq ki, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. O, bu məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan C.Feyziyev bu paylaşımda jurnalistlərin adını çəkərək təhqir edib.скачать dle 12.1