Fateh Sultan Mehmetin Londonda keçirilən hərracda satın alınan portreti İstanbula gətirilib.
AZƏRTAC xəbər verir ki, sultanın günümüzədək gələn üç orijinal portretindən biri olan bu rəsm əsəri bu il iyunun 23-də çıxarıldığı hərracda İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) tərəfindən 770 min sterlinqə alınıb.
Gömrük işləri davam edən rəsm əsərinin qısa müddət ərzində İBB-nin Saraçhanedəki binasına gətirilməsi gözlənilir.
COVID-19 pandemiyası ilə əlaqədar portretin bir müddət saxlanıldıqdan sonra, bu il sentyabr-oktyabr aylarında sərgilənməsi planlaşdırılır.
Qeyd edək ki, portretin XV əsrdə italiyalı rəssam Gentile Bellini tərəfindən çəkildiyi ehtimal olunur. Belə ki, “Sultan II Mehmet, mövqe sahibi gənc ilə birlikdə” adlı rəsm əsərinin tarixi 1479-cu ilə təsadüf edir. O zamanlar venesiyalılarla imzalanan “İstanbul sazişi”nin maddələrindən biri də dövrün ən yaxşı rəssamlarından birinin Fatehin rəsmlərini hazırlamaq üçün İstanbula gəlməli idi. Bu vəzifə Gentile Belliniyə tapşırılır. O, Osmanlı paytaxtına gələrək 1479-1481-ci illər arasında sarayda qalaraq Fateh Sultan Mehmetin portretlərini hazırlayır.
Rəsm əsərindəki ikinci şəxsin kimliyi tam bəlli olmasa da, onun üç şahzadədən biri olduğu düşünülür.
Fateh Sultan Mehmetin 540 il tarixi olan portreti İstanbula gətirilib
25
avqust
16:22

Qarabağ
KOMMENTLƏR
Tbilisi-İstanbul uçuşları bərpa edilir
Məşhur serial yenidən geri qayıdır - Sürpriz qərar
Salvador Dalinin məşhur qravürası oğurlandı
Qobustan Milli Tarix-Bədii Qoruğu məktəblilər üçün “Açıq qapı günü” keçirildi
Gözübağlı rəsm çəkən azərbaycanlı rəssam adının “Ginnesin rekordlar kitabı”na düşməsinə iddialıdır -
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat