“Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil və hərəkətləri regionda üçüncü ölkələrə qarşı yönəlməyib”.
Bakısəsi TASS-a istinadən verdiyi məlumata görə, bu bəyanatı Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Bakıda Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşdə səsləndirib.
“Ermənistanla sərhəddə baş verənlərdən xəbərdarıq və hadisələri həyəcanla izləyirdik. Və bizim öz bazalarımıza uçuşlarımızla əlaqədar narahatlıqları da bilirik. Birbaşa bildirmək istəyirəm ki, bizim bütün hərəkətlərimiz heç vaxt və indi də qonşumuz və tərəfdaşımız olan Azərbaycana qarşı yönəlməyib. Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil, - deyə S. Şoyqu vurğulayıb.
Nazirin sözlərinə görə, Ermənistandakı Rusiya hərbi bazasında sosial obyektlərin tikntisi aparılır.
“Müəyyən aktivlik bununla əlaqədardır. İkinci məsələ isə çağırış kampaniyasıdır. Kimisə evə qaytarmaq, kimi isə hərbi xidmətə göndərmək lazım idi. Yenə təkrar edirəm ki, bizim hərəkətlərimiz və addımlarımız heç vaxt Azərbaycana qarşı yönəlməyib, bu gün də belədir”, - deyə S. Şoyqu qeyd edib.
"Azərbaycana qarşı yönəlməyib" - Serqey Şoyqudan silah AÇIQLAMASI
25
avqust
20:46

Qarabağ
KOMMENTLƏR
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
Sergey Şoyqu Azərbaycana gəldi
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
Şoyqudan Türkiyə haqda ikibaşlı açıqlama: S-400...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat