Qaradağ rayonunda itkin düşən yeniyetmə tapıldı.
Itkin düşən Qəhrəmanov Murad qəsəbə ərazisindəki qəbirstanlıqda xəsarət almış vəziyyətdə tapılıb.
İlkin məlumata görə, yeniyetmənin vəziyyəti orta ağırdır.
***09:01
Bakının Qaradağ rayonunda 15 yaşlı Qəhrəmanov Murad Azər oğlu itkin düşüb.
Bu barədə BAKU.WS-ə onun ailə üzvləri bildiriblər. Onların sözlərinə görə, Murad Qəhrəmanov dünən saat 16 radələrində Lökbatan qəsəbəsində dərs hazırlığına getmək məqsədilə evdən çıxıb və geri qayıtmayıb.
Həmin gün M.Qəhrəmanovun hazırlığının olmaması məlum olub. Onun mobil telefonu bağlı olduğundan yaxınları yeniyetmə ilə əlaqə saxlaya bilməyiblər.
M.Qəhrəmanovun yaxınları artıq polisə məlumat veriblər. Onu görənlərdən və ya M.Qəhrəmanov barədə məlumatı olanlardan polisə məlumat vermələri xahiş olunur.




скачать dle 12.1