Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ''12-ci sıra" ünvanında yaşayan sakinlər günlərdir ki, qaz üzünə həsrətdirlər. Onlar soyuq havalarda mavi yanacağın yoxluğunun ciddi çətinlik yaratdığını deyirlər.
Sakinlər iddia edirlər ki, yaxınlıqda uçqun baş verib və nəticədə qaz xətti zədələnib. Onların sözlərinə görə, aidiyyəti quruma müraciət etsələr də, nəticəsi yoxdur.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev məsələyə münasibət bildirib. Onun sözlərinə görə, problemin aradan qaldırılması üçün sözügedən əraziyə qurumun bir neçə əməkdaşı cəlb edilib.
Çətin vəziyyətdə qalan vətəndaşlar məsələnin qısa zamanda öz həllini tapacağına ümid edirlər.
Bakıda bu ərazi qazsız qalıb
18
fevral
17:23

Qarabağ
KOMMENTLƏR
"Azəriqaz"dan vətəndaşlara SİTƏM... - GİLEY
Camaatı soyuqdan qıran kimdir? - İki dövlət qurumu günahı bir-birinin üstünə atır
Qaz sayğacları ilə bağlı YENİLİK
Şəkinin bu kəndi qaza HƏSRƏTDİR: İcra başçısı sakinləri niyə CƏZALANDIRIR? – ŞOK İDDİA
Bakının yaxınlığındakı bu qəsəbəyə 3 gündən bir su verilir - “Azərsu”nun BİABIRÇILIĞI