"Putinin qərarından sonra baş verənlər Ukrayna-Rusiya arasındakı müharibəni qaçılmaz etdi".
Bunu açıqlamasında hərbi ekpsert Ədalət Verdiyev deyib. Ekspertin sözlərinə görə, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski də bir neçə həftə əvvəl bu barədə məlumat vermişdi:
"Jirinovski həftələr öncə fevralın 22-də saat 04:00-da müharibənin başlanacağı anonsunu Rusiya Dövlət Dumasından bəyan etmişdi. Rusiya dolayası yolla Donetsk və Luqanskın müstəqilliyini tanıması ilə Rusiya və NATO arasında təhlükəsizlik zonasını yaratmış oldu. Biz isə Azərbaycan olaraq, separatizmdən uzun müddət əziyyət çəkən bir ölkə kimi Rusiya ilə münasibətlərimizi nə qədər yaxşılaşdırmaq istiqamətində addımlar atmaqla bərabər heç bir halda Luqansk, Donetsk və ya Krımın Rusiya ərazisi kimi tanınmasını bəyan edə bilmərik. Biz Ukrayna ilə müttəfiqlik əlaqələrimiz var və onların ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik".
Ədalət Verdiyev həmçinin Putinin ötən gecə "Lenin Ukraynanın müəllifi və memarıdır" açıqlamasına da şərh bildirib:
"Leninin verdiyi hər hansı bir bəyanət əsasında 21-ci əsrdə Ukrayna kimi ölkənin rahatlıqla Rusiya tərəfindən işğal olunsun. Bu, real deyil. Amma istənilən anda Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi üçün bir təhdid yaranıb. Maraqlısı budur ki, Ukrayna artıq həm Krım, həm də Donetsk və Luqansk məsələsində Qərb və NATO-dan gözlədiyi lazımi dəstəyi ala bilmədi. Eyni faciəni zamanında Gürcüstanda yaşamışdı. Və nəticədə Abxaziya və Osetiyanı Rusiya müstəqilliyini tanımaqla özünükləşdirə bildi. Biz Qərb tərəfdən bu günə qədər yalnız bəyanatlar eşitdik, real Ukraynanın təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatı üçün real addımlar atılmadı. Rusiyanın bu addımları da cavabsız qalmayacaq. Belə ki, ona qarşı iqtisadi-siyasi sanksiyalar tətbiq ediləcək, müəyyən məhdudlaşdırma olacaq və s. Bunların heç biri Ukraynanın ərazi bütövlüyünün təminatına zəmanət vermir".
"Bu torpaqları Rusiya ərazisi kimi tanıya bilmərik" - AÇIQLAMA
22
fevral
11:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat