“E-manat” ödəniş terminallarından Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus “iCard” mobil tətbiqinə pul köçürmələri zamanı məbləğin hesaba daxil edilmədiyi bildirilir.
Bu barədə Yeniavaz.com-a “iCard” istifadəçiləri məlumat verib.
İstifadəçilər qeyd edirlər ki, “iCard” balansını artırmaq üçün “e-manat” ödəniş terminallarından istifadə edirlər, akin terminala daxil edilən məbləğ kartın hesabına köçmür.
Bank istifadəçiləri bildirirlər ki, ABB problemin onlardan qaynaqlandığını qəbul edir. Lakin məsələnin ən qısa zamanda öz həllini tapacağını desələr də, nəticə yoxdur. Belə ki, bank istifadəçiləri bildirirlər ki, 2 həftə keçməsinə baxmayaraq hələ də problem aradan qaldırılmayıb.
Məsələ ilə bağlı “e-manat”dan Yeniavaz.com-a bildirildi ki, problem qarşı tərəfdən qaynaqlanır:
“Pulun hesaba oturması “e-manat” yox, bank tərəfindən tənzimlənən bir məsələdir. Bu bankın sistemindən asılı olan bir prosesdir. Terminalda ödəniş uğurludur, amma məbləğ müştərinin hesabında yoxdursa, bu qarşı tərəfdən, ikinci şirkətdən qaynaqlanan nasazlıqdır”.
ABB-dən isə bildirdilər ki, hazırda məsələ ilə bağlı təkmilləşdirmə işləri aparılır. Bankdan digər suallarımıza ancaq yazılı sorğu əsasında cavab veriləcəyi bildirildi.
Beynəlxalq Banka “e-manat”dan köçürülən pullar niyə yoxa çıxır?
23
fevral
15:30

Qarabağ
KOMMENTLƏR
"Nazirlik deyir artıq pul ödəmisən, "Xalq Bank" isə əlavə borc yazır" - ŞİKAYƏT
Əsgərovun həyat yoldaşına məxsus bankın gəlirləri 105 dəfə azalıb
"Kapital Bank" müştərilərini boğaza yığıb... - NARAZILIQ!
Bakı metrosunun bütün stansiyalarında QR biletlə ödəniş mümkün olub
Kapital Bank məcburi köçkünlərdən 5 manat “tutub”…
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA