Azərbaycanın toy bazarında canlanma müşahidə olunur. Bəs, toyu karvanı, gəlin maşını üçün kirayə qiymətləri neçəyədir?
Lent.az bununla bağlı araşdırmanı təqdim edir:
Maşın bazarında istənilən qiymətə avtomobil kirayə götürmək olar. Ən aşağı qiymət 50 manat, ən bahalısı isə 2000 manatdır. Qiymət dəyişikliyinə səbəb isə maşının hansı ölkənin istehsalı olması, avtomobilin alınma qiyməti və nə qədər məsafədə hərəkət edəcəyi ilə bağlıdır.
Məsafələr artdıqca maşının kirayəsi də 30-60 manat artır.
Ən ucuz xidmət Almaniya istehsalı olan "BMW" və "Mercedes S-Class"larladır. Onlarda isə kirayəsi 80-300 manat arasındadır.
Araşdırmamız nəticəsində bəlli oldu ki, evlənənlər daha çox "Lexus", "Range Rover", "Prado", "Hummer", "Hyundai", "X-trail" kimi markalı maşınlara üstünlük verirlər.
Qeyd edək ki, üstüaçıq maşınların (kabriolet) kirayə məbləği daha ucuzdur. Onların kirayə məbləği 70-90 manat arasında dəyişir. İndi də qış olduğu üçün kabriolet maşınların qiyməti ucuzlaşıb. Qiyməti 500-2000 manat arasında dəyişən "Limuzin"lər isə daha çox rayonlardan sifariş verilir.
Günlüyü bahalı olan bəzi maşınların siyahısı:
"Mercedes s class Maybach" -1200 manat
"Rolls-Royce Phantom" -1200 manat
"Rolls-Royce Ghost" - 1300
"Hummer Limuzin" -1200 manat
"Mercedes CLS Alivie" - 50 manat.
скачать dle 12.1