Şəkərli diabetdən əziyyət çəkən insanların pulsuz dərman almaq üçün xəstəxana qarşısında kütləvi növbəsini əks etdirən daha bir görüntü yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntünün Quba Rayon Mərkəzi Xəstəxanasının qarşısında çəkildiyi deyilir. Yüzə yaxın şəxsin tibb müəssisəsinin qabağında növbəyə dayandığı, lakin bütün xəstələrə çatacaq qədər dərmanın olmadığı bildirilir.
Kadrlardan da aydın görünür ki, xəstələr dərmanları növbəli şəkildə ala bilmir və hətta yaşlı insanlar təhlükəli vəziyyətə düşərək dəmir arakəsmədən keçməyə cəhd edirlər.
Qeyd edək ki, bundan əvvəl digər rayon xəstəxanalarında da oxşar növbələrin olması ilə bağlı görüntülər yayılmışdı. Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınan kadrlarda xəstələr xidmətin düzgün qurulmamasından əziyyət çəkdiklərini bildirirdilər. Həmçinin Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının qarşısında diabet xəstələrinin gecə saatlarından növbəyə düzüldükləri, xəstə sayına uyğun dərmanın olmadığı iddia olunurdu.
Səhiyyə Nazirliyi isə şəkərli diabet xəstəliyinin müalicəsi üçün lazım olan dərmanların Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, nazirliyin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xəstə sayına uyğun olaraq alındığını açıqlamışdı. Dərman preparatlarının xəstələrə paylanması isə TƏBİB tərəfindən həyata keçirilir.
Quba Rayon Mərkəzi Xəstəxanasında çəkilmiş görüntüləri təqdim edirik:
Şəkər xəstələrinin daha bir dərman növbəsi... - Video
23
fevral
18:12

Qarabağ
KOMMENTLƏR
Yevlax səhiyyəsində AÇIQ BAZAR - Şəkər xəstələrinin dərmanları AÇIQ SATIŞDA!
“Pulsuz dərmanlar məni heç 10 gün görmür” - GİLEY
“Şəkər xəstələrinin vurduğu insulinin birini verib, digərini verməmək günah deyilmi?!“
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb
Neftçilər Xəstəxanasının qəbul etdiyi koronavirus xəstələrinin sayı AÇIQLANDI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat