İmişli sakinləri yeni icra başçısı Elçin Rzayevdən giley edirlər. Belə ki, sakinlər adından DİA.AZ-a ünvanlanan müraciətdə deyilir ki, onlar yerlərdəki özbaşınalıqlarla bağlı dəfələrlə icra başçısına müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülmür.
Sakinlər dia.az-a yazırlar ki, onların başçı ilə görüşməsi isə əməlli-başlı problemdir: "Demək olar ki, mümkün deyil..."
Qeyd edək ki, redaksiyamıza müraciət edən İmişli rayon Yalavac kənd sakinlərinin əsas narazılıqları yerli bələdiyyə və icra nümayəndəsinin özbaşınalıqlarındandır. Onlar iddia edirlər ki, kəndin torpaq sahələri qanunsuz olaraq kənar şəxslərə satılıb. Bununla bağlı yuxarı instansiyalara şikayətlərinə isə baxan yoxdur.
Sakinlər dia.az-a bildirir: "Vilyam Hacıyevin vaxtında da belə idi, indi də belədir. Elçin Rzavey də elə VİLYAM YOLU gedir... Amma bu yol heç də xeyirliyə aparmır. Bunu hamı bilir, hamı gördü..."
İmişlinin yeni başçısı da VİLYAM YOLU GEDİR... - NARAZILIQ!
02
mart
12:01

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər