Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi müraciət yayıb.
Səfirlikdən daxil olan müraciətdə bildirilib ki, 2 mart tarixində Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarından Polşanın Ukrayna ilə sərhəd-keçid məntəqəsini keçdikdən sonra Polşa tərəfindən təklif edilən istiqamət üzrə hərəkət edən təxliyə avtobuslarına minmələri xahiş olunur.
“Avtobuslar müxtəlif şəhərlərdə yerləşən qəbul məntəqələrinə hərəkət edir. Vətəndaşlarımız həmin qəbul məntəqələrində yerləşdirildikdən dərhal sonra Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin 0048576900183 saylı qaynar xəttinə bağlı whatsapp nömrəsinə yaxud [email protected] elektron poçt ünvanına aşağıdakı məlumatı göndərməlidirlər:
1) Pasportun (olmadığı təqdirdə şəxsiyyətini təsdiq edən istənilən
sənədin) surəti (fotoşəkli);
2) Hazırda yerləşdirildiyi ünvan;
3) Telefon nömrəsi (və olduğu təqdirdə whatsapp nömrəsi);
4) Azərbaycanda yaxın qohumunun ünvanı və telefon nömrəsi
Həmin məlumatlar əsasında vətəndaşlarımız siyahıya alınacaq və onlar üçün Polşadan Azərbaycana təxliyə uçuşları təşkil olunacaq. Təhlükəsizlik şərtlərini nəzərə alaraq, təxliyə təyyarəsinə yalnız adları Səfirliyin siyahısında olan şəxslər buraxılır. Təxliyə zamanı ilk növbədə qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük verilir. Digər kateqoriyadan olan vətəndaşlar növbəyə alınır”.
Səfirlik Azərbaycan vətəndaşlarına müraciət etdi
02
mart
17:18

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat