“Doqquz aydır ki, əlillik pensiyamı kəsiblər. Tək qadınam, heç bir yerdən gəlirim yoxdur. 260 manat pensiya alırdım. Həmin pul ilə həm dolanışığımı, həm də dərmanlarımı almağa çalışırdım”.
DİA.AZ xəbər verir ki, Kürdəmirin Sor Sor kənd sakini Təzəgül Əsədova belə deyir. O, ikinci qrup əlildir, “Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri Serebral araxnoiditinin davamlı qalıq əlamətləri” xəstəliyindən əziyyət çəkir.
“Vəziyyətim çox acınacaqlıdır. Qohum evinə sığınmışam. İşləmək qabiliyyətim yoxdur, tez – tez baş ağrılarım, halsızlıq, qıcolma tutmaları baş verir, əsəblilik, tez yorulma halları olur. İş görməkdə mənə qonşular, qohum – əqraba kömək edir”.
Şikayətçi keçən ilin avqust ayında Ucar rayon Mərkəzi Xəstəxanasına (Ucar rayon Şilyan kəndində qeydiyyatdadır red.) müraciət edib, bir həftə xəstəxanada ambulator müalicə alıb. Daha sonra sənədlərini Tibbi – Sosial Ekspert Komissiyasına (TSEK) göndərib. TSEK-dən “göndəriş natamam doldurulub” cavabı ilə imtina gəlib.
Sahil Babayevin DAHA BİR QURBANI: Vəziyyətim çox acınacaqlıdır... - GİLEY
04
mart
11:40

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər