Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə məktəb direktorları, bağça müdirləri və Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) işçiləri ifadə veriblər.
Rayonun müxtəlif məktəblərində direktor işləyən şahidlər müəllimlərdən yığılan rüşvəti rayon Təhsil Şöbəsinin sabiq müdiri Qərənfil Əhmədovaya verdiklərini deyiblər. Onlar icra başçısı ilə ünsiyyətlərinin olmadığını, pulu Qərənfil Əhmədovanın tələb etdiyini deyiblər.
Məhkəmədə ifadə verən bağça müdirləri isə hazırda icra başçısının müavini işləyən Elnarə Həsənovadan şikayətçi olublar.
Şahid qismində dindirilən MKTB işçiləri də bənzər ifadələr veriblər.
Proses martın 10-da davam etdiriləcək.
Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Bağça müdirləri məhkəmədə icra başçısının müavinindən ŞİKAYƏT ETDİLƏR
04
mart
15:04

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər