Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrlik etdiyi prosesdə 5 nəfər məktəb direktoru dindirilib.
Şahidlərin hər biri ifadələrində təqsirləndirilən şəxslə münasibətlərinin olmadığını, sabiq icra başçının onlardan pul tələb etmədiklərini bildiriblər.
Rüşvət epizodu ilə bağlı danışan direktorlardan ikisi təyinat üçün Rayon Təhsil Şöbəsinin sabiq müdiri Qərənfil Əhmədovaya rüşvət verdiklərini deyiblər. Şahidlərin ifadələrindən belə məlum olub ki, direktor təyinatı üçün onların birindən 15 min, digərindən isə 17 min manat pul alınıb.
Proses martın 25-də davam etdiriləcək.
Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Həbsdə olan sabiq icra başçısının məhkəməsi keçirildi
11
mart
15:05

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA