“Bakcell” şirkəti karantində toy edən əməkdaşı ilə bağlı açıqlama yayıb.
Məlumatda deyilir:
“Bakcell şirkəti ilk günlərdən ölkədə COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlət tərəfindən həyata keçirilən bütün tədbirləri dəstəkləyib, pandemiya ilə bağlı elan olunmuş karantin və sosial izolyasiya tədbirlərinə ciddi şəkildə əməl edib. Bu müddət ərzində şirkət müxtəlif sosial təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına mütəmadi qaydada dəstək olub.
Şirkət Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib, pandemiya ilə mübarizə üçün tibbi avadanlıq və vasitələrin ölkəyə gətirilməsi üçün iri həcmdə vəsait ayrılıb, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində böyük xeyriyyə tədbirləri həyata keçirib, müvafiq dövlət qurumları ilə birlikdə səhiyyə işçilərinə dəstək göstərib, koronovirusla mübarizə sahəsində müxtəlif xidmətlərin və onlayn platformaların yaradılması prosesinə töhfə verib və digər çoxsaylı sosial layihələr həyata keçirib.
Sosial izolyasiya tədbirlərinə çox ciddi şəkildə riayət edən şirkətlərdən biri olaraq karantin rejiminin elan olunduğu ilk vaxtlardan bu günə kimi şirkət öz əməkdaşlarının təhlükəsizliyininin qayğısına qalaraq onların evdən işləməsini təmin edib. Şirkətin bütün müştəri xidmətləri mərkəzlərində və digər ofislərində lazımı tədbirlər həyata keçirilib.
Bakcell şirkəti öz əməkdaşlarından birinin təşkil etdiyi nikah mərasimində iştirakı ilə bağlı yayılan məlumatları hiddətlə qarşılayır və bunun Şirkətin indiyə qədər koronovirusla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərə kölgə saldığını bəyan edir, eyni zamanda bildirir ki, sözügedən məclisin sahibi və burada iştirak edən şəxslər Bakcell rəhbərliyində təmsil olunmurlar.
Yüzlərlə əməkdaşlarının iş yerindən kənar həyat və fəaliyyətləri üçün cavabdeh olmasa da, Bakcell baş verən hadisənin ölkəmizdə COVİD-19-la mübarizə tədbirlərinə və şirkətin bu sahədə gördüyü işlərə və işgüzar nüfuzuna kölgə saldığını nəzərə alaraq, nikah mərasimində iştirak edən şəxslərlə bağlı şirkətin daxili nizam-intizam qaydaları çərçivəsində tədbirlər görülüb”
"Bakcell" adı hallanan toyla bağlı MƏLUMAT YAYDI
27
avqust
15:38

Qarabağ
KOMMENTLƏR
YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
Ölkə ərazisində xüsusi karantin rejimi mayın 4-dək uzadılır
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdü
Mehriban Əliyeva bir illik əmək haqqını koronavirusla mübarizə fonduna bağışladı
Bu komitənin deputatları da əməkhaqqını Fonda köçürəcək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat